İsti yay aylarına hazırlıq: Soyutma sistemlərinizi yoxlatdınızmı?
Temperaturun kəskin artması ilə əlaqədar olaraq soyutma qurğularına düşən yük maksimum həddə çatır. Bu dövrdə kondisionerlərin, vitrin soyuducularının və buz aparatlarının nasaz duruma düşmə ehtimalı digər aylara nisbətən daha yüksəkdir. "ICETECH SERVICE" komandası yay mövsümü başlamazdan əvvəl avadanlıqlara peşəkar baxış keçirilməsini tövsiyə edir. Orijinal ehtiyat hissələri və düzgün texniki müdaxilə ilə sistemlərin qızmasının qarşısını almaq və iş prosesinin dayanmamasını təmin etmək mümkündür.
Yay mövsümündə operativ xidmət üçün öncədən müraciət etməyiniz arzuolunandır.